Sürücüyə elektroşok verib maşınını əlindən alıblar
21 oktyabr 2010 12:39 (UTC +04:00)

Sürücüyə elektroşok verib maşınını əlindən alıblar

Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, həmin şəxslər A.Qasımzadənin idarə etdiyi “Opel Vectra” markalı maşına oturaraq, Tovuzun Ağacqala kəndinə gedəcəklərini deyiblər. Deyilən yerə çatanda onlar sürücünü döyüblər və elektroşok cihazından istifadə edərək maşını əlindən alıblar.


Polisə məlumat daxil olandan sonra maşın həmin kənddə əzilmiş vəziyyətdə tapılıb. Çox keçmədə Allahyar Qasımzadəyə qarşı quldurluq edən şəxslər də saxlanılıb. Əməliyyat axtarış tədbirləri nəticəsində Qovlar qəsəbə sakinləri Emin Hüseynov, Vüsal Hacıyev, habelə Gəncə sakini Yaşar Qurbanov tutulub. Həmin şəxslərin başqa əməllər törədib-törətməməsi araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar