Bakıda ağır avtoqəza: 2 ölü, 3 yaralı
23 oktyabr 2010 10:59 (UTC +04:00)

Bakıda ağır avtoqəza: 2 ölü, 3 yaralı

Bakıda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə Mətbuat prospektində qeydə alınıb.

Bakı şəhər sakini Pərviz Məmmədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilini yolun kənarındakı ağaca çırpıb, avtomobil aşıb.

Maşında olan sərnişinlər Mircəlal Mövsümov və Nəsimi Məmmədov yerindəcə dünyasını dəyişiblər. Sürücü və digər sərnişinləri Ramil Babayev, Azər İlyasov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813

Oxşar yazılar