
Bakı sakini oğurladığı avtomobillə qəza törətdi
0
0
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, naməlum şəxs H.Heybətov küçəsindən Abşeron rayon sakini Nəsimi Əliyevə məxsus "VAZ 2107" markalı avtomobili oğurlayıb. Həmin şəxs daha sonra oğurladığı avtomobillə qəza törədib. Belə ki, şəxsiyyəti müəyyənləşdirilmiş paytaxt sakini Bilal Yəhyayevin qaçırdığı avtomobil Bilgəh-Nardaran yolunda Orxan Əliyevin idarə etdiyi “Hyudai” ilə toqquşub. Bundan sonra idarəetməni itirən B.Yəhyayev “VAZ 2107”-ni maneəyə çırpıb.
O, qəza baş verən ərazidən uzaqlaşsa da, 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən çox keçmədən ələ keçirilib.
O, qəza baş verən ərazidən uzaqlaşsa da, 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən çox keçmədən ələ keçirilib.
0
0