İtkin düşən neftçilərin axtarışları davam etdirilir
13 iyul 2009 18:00 (UTC +04:00)

İtkin düşən neftçilərin axtarışları davam etdirilir

Xəzər dənizində qəzaya uğramış “Mi-8” helikopterinin itkin düşən sərnişinlərinin - fəhlələr Rafiq Nemətov və Viktor Mostavenkonun tapılması istiqamətində axtarışlar davam etdirilir.


Bu barədə Lent.az-a Azərbaycan Hava Yolları “AZAL” Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. O, hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı heç bir yeniliyin olmadığını da əlavə edib.

Xatırladaq ki, iyulun 12-də saat 16.27 radələrində “AZAL”-a məxsus “Mİ-8” vertolyotu Çilov adası ərazisində 4-cü blokdan havaya qalxarkən dənizə düşüb. Gəminin göyərtəsində 3 nəfər ekipaj üzvü və 3 nəfər fəhlə olub.

Hadisə yerinə “AZAL”, Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun rəhbər heyəti və istintaq-əməliyyat qrupu çıxıb.

Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xilasetmə əməliyyatlarına müvafiq qurumların vertolyotları, gəmiləri və dalğıc heyəti cəlb edilib. Aparılan xilasetmə əməliyyatları nəticəsində gəminin kapitanı Alik Əliyev, ikinci pilot Vitaliy Nekrasov, gəmi mexaniki Adil Əzimov, fəhlə Aydın Talıbov xilas edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır və ictimaiyyətə əlavə məlumat veriləcək.

Pərvin ABBASOV
# 669

Oxşar yazılar

Dövlət sərhədini pozan 10 nəfər  saxlanıldı

Dövlət sərhədini pozan 10 nəfər saxlanıldı

16 may 2024 , 12:17
Polis idarəsinin rəisi işdən QOVULDU  - tualetdə qadınları izləyirmiş

Polis idarəsinin rəisi işdən QOVULDU - tualetdə qadınları izləyirmiş

16 may 2024 , 12:11
Bakıda AĞIR QƏZA:  1 ölü, 3 yaralı var

Bakıda AĞIR QƏZA: 1 ölü, 3 yaralı var

16 may 2024 , 11:25
Şəmkirdə 77 yaşlı qadını maşın vurub öldürdü

Şəmkirdə 77 yaşlı qadını maşın vurub öldürdü

16 may 2024 , 10:52
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU

16 may 2024 , 10:40
Abşeronda gənc oğlan özünü asdı

Abşeronda gənc oğlan özünü asdı

16 may 2024 , 10:30
Bakıda yeniyetmə qız itkin düşdü, anası axtarır

Bakıda yeniyetmə qız itkin düşdü, anası axtarır

16 may 2024 , 09:46
Ordumuzun hərbçisi vəfat etdi

Ordumuzun hərbçisi vəfat etdi

16 may 2024 , 09:36