Türkiyədə azərbaycanlı qadınları fahişəliyə məcbur edən qrup ifşa olunub
13 iyul 2009 21:01 (UTC +04:00)

Türkiyədə azərbaycanlı qadınları fahişəliyə məcbur edən qrup ifşa olunub

Saxlanılan qadınlardan 1-də AİDS, 25-də digər yoluxucu xəstəlik aşkarlanıb

Türkiyədə cinayətkar qruplaşmanın zorla fahişəliyə cəlb etdiyi bir qadın ölkəsinə dönəndən sonra polisə bu barədə xəbər verib.


Lent.az.-ın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən yaydığı məlumatda bildirilir ki, İstanbul Asayiş Şöbə Müdirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi prokurorluğun təlimatı ilə araşdırmaya başlayıb. Qadınların saxlanıldığı evlər və fahişəliyə məcbur edildikləri otellər müəyyənləşdirilib.


Cinayətkar qruplaşmanın lideri Özgür A. və köməkçisi Mehmet Ali U. da daxil olmaqla, 154 nəfər qrup üzvü saxlanılıb. 7-si qadın olmaqla, 81 şübhəlinin də bu cinayətkar əməlin müxtəlif mərhələlərində yer aldığı aydın olub.


İnsan Alverinə qarşı Mübarizə İdarəsi müxtəlif vədlərlə Özbəkistan, Türkmənistan, Rusiya, Azərbaycan, Ukrayna və Moldovadan Türkiyəyə gətirilən 61 qadının zorla fahişəliyə cəlb edildiyini müəyyənləşdirib. Zöhrəvi Xəstəliklər Xəstəxanasında həkim müayinəsindən keçən qadınlardan 1-in AİDS, 25-in müxtəlif cinsi xəstəliklərin daşıyıcısı olduğu üzə çıxıb.


Prokurorluğun cinayətkar qruplaşmanın fahişəliklə bağlı istifadə etdiyi 15 otel üzərinə həbs qoymasının gündəmdə olduğu bildirilir.

Ramiz
# 584

Oxşar yazılar