ARDNŞ “Azneftyağ”-dakı yanğının səbəbini açıqladı
14 iyul 2009 10:00 (UTC +04:00)

ARDNŞ “Azneftyağ”-dakı yanğının səbəbini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı şəhəri, Nobel prospektində yerləşən «Azneftyağ» Neft Emalı Zavodunda (NEZ) baş verən hadisənin nəticələri aradan qaldırılır.

Hazırda tüstüləməyə səbəb olan qurğunun yenidən istismara buraxılması üçün iş aparılır.

ARDNŞ-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 14-də səhər saatlarında «Azneftyağ»ın 305-ci qurğusunda, atmosfer vakuum qurğusunda sızma nəticəsində baş verib. «Havanın hərarətinin yüksək olması qurğuda tüstüləməyə səbəb olub, lakin açıq yanğın olmayıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər səfər olunub və hadisənin qarşısı alınıb», - deyə Dövlət Neft Şirkətindən bildirilib.

Bununla yanaşı, qeyd olunur ki, hadisə nəticəsində müəssisəyə maddi ziyan dəyməyib, xəsarət alan olmayıb.
# 944

Oxşar yazılar