Bakıda üçəm dünyaya gəlib - FOTO
11 mart 2011 15:59 (UTC +04:00)

Bakıda üçəm dünyaya gəlib - FOTO

0
Bakıda bir qadınının üçəm övladı dünyaya gəlib.


Lent.az-ın məlumatına görə, Oksigen Klinikasında dünyaya gələn körpələrdən 2-si qız, 1-i oğlandır. Oğlanın çəkisi 2,5 kq, boyu 50 sm, qızların isə hər biri 2 kq, boyları 45 sm-dir. Uşaqlar hamiləliyin 8-ci ayında qeysər kəsiyi əməliyyatı ilə dünyaya gəliblər. Həkimlər ananın və uşaqlarının vəziyyətinin normal olduğunu, onların martın 14-də evə buraxılacağını deyiblər.

Qeyd edək ki, uşaqların valideynləri 6 il əvvəl evlənsə də, indiyədək övladları olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 792

Oxşar yazılar