Azərbaycanda müəllim dərs bölgüsünə görə  həmkarını DÖYDÜ
01 oktyabr 2026 10:06 (UTC +04:00)

Azərbaycanda müəllim dərs bölgüsünə görə həmkarını DÖYDÜ

0

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, sözügedən məktəbin ibtidai sinif müəllimi 45 yaşlı P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu S.Əhmədova döyərək xəsarət yetirib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bilidirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar