Rubio İran nümayəndə heyətindən Nyu-Yorkdan qovdu
01 oktyabr 2026 06:31 (UTC +04:00)

Rubio İran nümayəndə heyətindən Nyu-Yorkdan qovdu

0

ABŞ dövlət katibi Marko Rubio danışıqların nəticəsiz qalmasından sonra BMT Baş Assambleyasının iclaslarında iştirak edən İran nümayəndə heyətindən Nyu-Yorku dərhal tərk etməyi tələb edib.

Bu barədə “Axios” adı açıqlanmayan ABŞ rəsmisi və məsələ barədə məlumatlı ikinci mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rubio ABŞ-ın BMT-dəki nümayəndəliyinə İran nümayəndə heyətinə ölkəni tərk etməli olduqlarını bildirmək barədə göstəriş verib.

İran nümayəndə heyətinin tərkibində İranın xarici işlər naziri Abbas Əraqçi də olub. Məlumata görə, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə aparılan dolayı danışıqlarda bazar ertəsi səhər irəliləyiş əldə olunacağına ümid yaranıb, lakin günün ikinci yarısında danışıqlar dalana dirənib.

“Axios”un bildirir ki, İran nümayəndə heyəti bir neçə saat sonra Nyu-York hava limanına yollanıb və Dohaya uçub. Bununla belə, mənbələrdən biri Əraqçinin onsuz da həmin axşam Tehrana qayıtmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, danışıqlarda əsas mübahisə mövzularından biri İranın ABŞ-ın dəniz blokadasının aradan qaldırılması tələbi ilə Vaşinqtonun İranın nüvə proqramı üzrə güzəştlər əldə etmək istəyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar