Ermənilər atəşkəsi pozub
14 mart 2011 10:01 (UTC +04:00)

Ermənilər atəşkəsi pozub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 13-də saat 13.20-dən 13.25-dək və martın 14-də saat 01.00-dan 01.05-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 00.50-dən 01.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, matın 13-də saat 23.05-dən 23.07-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar