Güclü külək Qubanın bəzi yaşayış məntəqələrini işıqsız qoydu
14 mart 2011 11:42 (UTC +04:00)

Güclü külək Qubanın bəzi yaşayış məntəqələrini işıqsız qoydu

0
Mart ayının 13-də Qubada əsən güclü külək rayonun elektrik təsərrüfatına ziyan vurub. Rayonunun bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində problemlər yaranıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bəzi ərazilərdə elektrik dirəkləri aşıb. Güləzi inzibati ərazi vahidliyinə daxil olan 10 kəndində elektrik enerjisi yoxdur.

Quba Elektrik Şəbəkə rayonundan Lent.az-a bildiriblər ki, hazırda rayonun elektrik enerjisi ilə təchizatında problem yoxdur. İdarədən onu da bildiriblər ki, Güləzi İƏV-nə daxil olan 10 kənddə də elektrik enerjisinin bir neçə saat ərzində bərpa olunacağı gözlənilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 587

Oxşar yazılar