Bakıda mənzilə silahlı basqın olub
14 mart 2011 12:51 (UTC +04:00)

Bakıda mənzilə silahlı basqın olub

0
Martın 13-də Bakıda mənzilə silahlı basqın olub. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum 2 şəxs tapança ilə Sulutəpə qəsəbə sakini Kamilə Heydərovanın mənzilinə soxulub. Qadının evdə tək olmasından istifadə edən həmin şəxslər tapança ilə ev sahibəsini hədələyərək ondan qiymətli əşyaların və pulun yerini soruşublar. Bu zaman qadın səs-küy salıb və basqınçılar qonşuların gələcəyini hiss edərək aradan çıxıblar. Xoşbəxtlikdən həmin vaxt cinayətkarlar silahı işə salmayıblar.


Dərhal sonra hadisə ilə bağlı polisə məlumat verilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Loşanenko Mixayıl Aleksandreyeviç və Məmmədov İsmayıl Əli oğlu tutulub. Onlardan tapança götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar