ADNA-dakı kütləvi qətlin ildönümü ilə bağlı tədbir keçirilib
30 aprel 2011 12:33 (UTC +04:00)

ADNA-dakı kütləvi qətlin ildönümü ilə bağlı tədbir keçirilib

0
APA-nın məlumatına görə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), “İrəli” İctimai Birliyi və digər təşkilatlardan olan gənclər Cəfər Cabbarlının heykəlinin qarşısından ADNA-nın faciə baş verən ikinci korpusunadək yürüş edib. Daha sonra aksiya iştirakçıları ADNA-nın ikinci korpusunun qarşısına gül düzüb.

ARGTMŞ sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib ki, dünya ictimaiyyəti belə hadisələrə çox sərt reaksiya verməlidir. O, 30 aprel hadisəsinin terror olduğunu da söyləyib.

Aksiyanın icazəli olduğunu deyən F. Muradov digər bəzi gənclər təşkilatlarının ADNA-nın yaxınlığında icazəsiz aksiya keçirmək təşəbbüsünə münasibət də bildirib. O, gənclər arasında ayrı-seçkilik salmadıqlarını, istənilən gəncin onların aksiyasına qoşula biləcəyini söyləyib: “İstənilən gənc iki əvvəl baş vermiş hadisə ilə bağlı münasibət bildirmək, başsağlığı vermək istəyirdisə, imkandan yararlana bilərdi. Açığı, bu cür ayrı-seçkiliyi başa düşmürəm və fikirləşirəm ki, bu məsələdə heç bir digər başqa fikirlər yoxdursa, aksiyanın kimin neçədə keçirməsinin də fərqi yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1198

Oxşar yazılar