“BMW” körpüdən aşdı: 1 ölü, 1 yaralı
02 may 2011 10:08 (UTC +04:00)

“BMW” körpüdən aşdı: 1 ölü, 1 yaralı

0
Mayın 1-də saat 19:30 radələrində Xaçmaz rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Gəndob-Yalama yolunun 19-cu km-də qeydə alınıb. Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Fərzəliyev Taleh Fərzalı oğlunun idarə etdiyi, 10 ZV 822 dövlət nömrə nişanlı “BNW” markalı avtomaşın Cağacuq çayının üzərindəki körpüdən çaya düşüb.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, maşın 15-20 metr hündürlükdən çaya düşüb. Qəza nəticəsində “BMW”-nin sürücüsü 33 yaşlı Taleh Fərzəliyev və onun qaynı, Bakı şəhər Mərdəkan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Sənan Piriyev ağır bədən xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, həkimlərin səyinə baxmayaraq Sənan Piriyevin həyatını xilas etmək mümkün olmayıb. Sürücünün vəziyyətinin də ağır olduğu bildirilir.

Taleh Fərzəliyev Lent.az-a bildirib ki, ötmə zamanı onu digər avtomaşın sıxışdırıb və nəticədə o idarəetməni itirib.

Faktla bağlı araşdırmalar aparılır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1408

Oxşar yazılar