Bakıda yük avtomobili qaçırılıb
0
0
Lent.az-ın Daxili Işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avtomaşın saat 02.25 radələrində Z.Bünyadov prospektində təkəri sıradan çıxmış vəziyyətdə tapılıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçıran Bakı şəhər sakini Valeh Şərifov tutulub. Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun İradə Abdulovaya və Səlbi Bayramovaya məxsus mağazalardan oğurluq etməsi də müəyyən edilib.
0
0