Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Fikrət Hacıyev
19 may 2011 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Fikrət Hacıyev

0
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

Fikrət Əli oğlu Hacıyev 1964-cü il mayın 19-da Goranboy rayonu Qızıl Hacılı kəndində anadan olub. O, 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə gedib, yerli özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin müdafiəsində fədakarlıqla döyüşüb. 1992-ci il mayın 4-də Talış kəndi istiqamətində “Yaltaxıl” adlanan ərazinin düşməndən azad olunmasında iştirak edib. Mayın 5-də ermənilər həmin əraziyə böyük qüvvə ilə əks-hücuma keçiblər. Fikrət Hacıyev qeyri-bərabər döyüşdə axıra qədər vuruşub və qəhrəmanlıqla həlak olub. Qızıl Hacılı kənd qəbiristanlığında dəfn edilib. Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1096

Oxşar yazılar