Qanunsuz balıq ovu ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib
20 may 2011 10:44 (UTC +04:00)

Qanunsuz balıq ovu ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib

0
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, 28-30 aprel 2011-ci il tarixlərində Salyan və Neftçala rayonları ərazisində Mil-Muğan və Baş Şirvan kollektorlarının Xəzər dənizinə çıxış hissəsinə yaxın yerlərdə keçirilmiş reydlər zamanı 13 sahibsiz qayıq və 15 ədəd tor aşkarlanıb. Aşkarlanan qayıqların sahiblərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qanunu pozmuş vətəndaşlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi sahəsində işlər davam etdirilir.


11 may 2011-ci il tarixində Baş Şirvan kollektorunun Bakı şəhərinin Qaradağ rayonu ərazisində keçirilən növbəti reyd zamanı isə Salyan rayonu Qarabağlı kənd sakini Zülfü Nuriyev torla qanunsuz balıq tutarkən Nazirliyin əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada məsuliyyətə cəlb olunub.


Nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1849

Oxşar yazılar