46 yaşlı qadın özünü yandırdı
20 iyun 2011 11:13 (UTC +04:00)

46 yaşlı qadın özünü yandırdı

0
İyunun 14-də Bakıda özünü yandıran qadın xəstəxanada ölüb. Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ə.Əsədov küçəsi 15 saylı evdə yaşayan 1965-ci il təvəllüdlü Yaqubova Sədaqət Yaqub qızı bədəninin 75 faizinin və yuxarı tənəffüs yollarının yanığı ilə 5 saylı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, 46 yaşlı qadın həmin gün səhər saatlarında üzərinə benzin tökərək özünə od vurub. Qadının hansı səbəbdən özünü yandırması hələlik məlum deyil.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 781

Oxşar yazılar