Çimərlikdə törədilən qətli Bakı şəhər Prokurorluğu araşdırır
0
0
İyunun 18-də Mərdəkan qəsəbəsi ərazisində yerləşən çimərliklərdən birində baş vermiş qətl hadisəsinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılır. Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət işinin istintaqı rayon prokurorluğundan alınaraq, paytaxt prokurorluğuna göndərilib.
Hadisə iyunun 18-i saat 02:15 radələrində Mərdəkan qəsəbəsindəki “Trorikanka» çimərliyində baş verib. Paytaxt sakini Çingiz Allahverdiyev mübahisə zəminində tapançadan atəş açaraq Goranboy rayon sakini Miremil İbrahimlini ayaqlarından və başından güllələyib. Yaralı 3 saylı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Qeyd edək ki, Ç.Abdullayev həmin çimərliyin mühafizəçisi olub. O, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Onu da qeyd edək ki, Miremil İbrahimlinin uşu və qaydasız döyüş üzrə dünya çempionu olduğu bildirilir. Uşu Federasiyasından Lent.az-a bildirilib ki, həmin şəxs qurumun üzvü deyil.