Fariz Bədəlovun qətli ilə bağlı başlanan cinayət işinin icraatı dayandırılıb
20 iyun 2011 16:00 (UTC +04:00)

Fariz Bədəlovun qətli ilə bağlı başlanan cinayət işinin icraatı dayandırılıb

0
Bu ilin mart ayının 8-də erməni snayperi tərəfindən 9 yaşlı Bədəlov Fariz Arif oğlunun öldürülməsi ilə bağlı açılan cinayət işinin icraatı dayandırılıb. Bu barədə Lent.az-a Ağdam rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, cinayət araşdırılarkən bəzi sübutları əldə etmək, həmçinin hadisəni törədən şəxsi müəyyən edərək istintaqa cəlb etmək mümkün olmadığından icraat qeyri-müəyyən vaxtadək dayandırılır.

Qeyd edək ki, məlum hadisə martın 8-də Ağdamın Orta Qərvənd kəndi yaxınlığında baş verib. Təxminən 1100-1200 metr məsafədən snayper tüfəngindən açılan atəş nəticəsində güllə kəndin sakini 2002-ci ildə anadan olmuş Bədəlov Fariz Arif oğlunun başına dəyib. F.Bədəlov aldığı xəsarətdən ölüb.

Hadisədən 2 gün sonra isə ATƏT nümayəndələri həmin ərazidə monitorinq keçirib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 901

Oxşar yazılar