Yol polisi istirahət mərkəzlərinin ətraf yollarını “təmizlədi” – STATİSTİKA
Baş Dövlət Yol Polisi İdarəsi həftə sonu ölkənin istirahət mərkəzlərinə gedən yollarda keçirilmiş reydlərin statistikasını açıqlayıb. İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Kamran Əliyevin Lent.az-a verdiyi məlumata görə, iyunun 17-18-19-da keçirilmiş reydlərdə yüzlərlə qaydanı pozmuş avtomobil saxlanılıb.
Məlumatda bildirilir ki, reydlər zamanı Şamaxı-İsmayıllı-Qəbələ istiqamətində 389 avtomobil müəyyən edilərək saxlanılıb. Quba-Qusar zonasında isə yol polisi tərəfindən məsuliyyətə cəlb edilən sürücülərin sayı 183 olub. Onların arasında sərxoş halda avtomobili idarə etmə ilə bağlı 31, sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmə 100, yol polisinin qanuni tələbinə tabe olmama 50, sərnişindaşıma qaydalarını pozma ilə bağlı isə 35 fakt müəyyən edilib. Ümumilikdə isə 400 sürücü balla qiymətləndirilən qayda pozuntusuna (kobud qayda pozuntusu) yol verdiyini görə onların vəsiqəsinə bal yazılıb.
BDYPİ-nin şöbə rəisi onu da qeyd edib ki, reydlər hər həftə sonu davam etdiriləcək. Məqsəd isə ölkənin istirahət mərkəzinə gedən və qayıdan yollarda təhlükəsizliyi maksimum dərəcədə qorumaq, insanların sağ-salamat mənzil başına qayıtmasına nail olmaqdan ibarətdir.
Nizam RZA

Oxşar yazılar

Mingəçevirdə 55 yaşlı kişini BIÇAQLADILAR
17 avqust 2025 , 11:31
Şəkidə yol qəzası baş verdi, ölən var-YENİLƏNİB
17 avqust 2025 , 09:31
Atasının traktorundan yıxılıb təkərin altında can verdi
16 avqust 2025 , 18:29
Müğənni Rəqsanə HƏBS OLUNDU - Yarım milyonluq DƏLƏDUZLUQ
16 avqust 2025 , 18:10
Şəkidə maşın ağaca çırpıldı, ana və 2 uşağı yaralandı
16 avqust 2025 , 16:58
Balakəndə DƏHŞƏT: camış sahibini vurub öldürdü
16 avqust 2025 , 16:43
Bakıda nömrəsiz və "miqalka"lı "Opel" sürücüsü həbs olundu - VİDEO
16 avqust 2025 , 16:34