Hərbi paradla əlaqədar Bakının mərkəzi yolları 3 günlük bağlanacaq
0
0
Bakı şəhər Yol Polisi İdarəsi iyunun 26-da “Azadlıq” meydanında Azərbaycan Ordusunun yaradılmasının 93-cü ildönümü münasibəti ilə keçiriləcək hərbi paradla bağlı məlumat yayıb. İdarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Lent.az-a açıqlamasında bildirib ki, həmin gün paytaxtın bir sıra küçə və prospektlərində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılacaq.
Bununla əlaqədar iyunun 23-də saat 06.00-dan başlayaraq, 3 gün ərzində Azadlıq meydanı və ona bitişik ərazilərdə, Nobel prospekti, Afiyəddin Cəlilov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva küçəsində hərəkət tam məhdudlaşdırılacaq. Həmçinin, Xəqani küçəsi, KEYKAB Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, R.Rza küçəsindən Neftçilər prospektinədək, Azneft meydanından Q.Abbasov küçəsinədək, Azadlıq meydanı və “Sahil” meterosu istiqamətində bütün yollar bağlanacaq.
Ona görə də sürücülərdən şəxsi nəqliyyatdan az istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
Nizam RZA