Mövqelərimiz avtomat və iri çaplı pulemyotlardan atəşə tutulub
22 iyun 2011 10:11 (UTC +04:00)

Mövqelərimiz avtomat və iri çaplı pulemyotlardan atəşə tutulub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən bölmələri iyunun 21-də saat 16.10-dan 16.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 13.35-dən 13.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 18.25-dən 18.27-dək və 22.50-dən 22.55-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən, 22.50-dən 22.55-dək və 23.40-dan 23.45-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iri çaplı pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar