“İnfiniti” 34 yaşlı kişinin həyatına son qoydu
22 iyun 2011 10:45 (UTC +04:00)

“İnfiniti” 34 yaşlı kişinin həyatına son qoydu

0
İyunun 22-nə keçən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 00:10-da Cəfər Cabbarlı küçəsində 90 XU 277 nömrəli “İnfiniti” yolu keçmək istəyən piyadanı vurub.


Nəticədə sürətlə hərəkət edən avtomobilin altında qalan 1977-ci il təvəllüdlü Mirzəyev Murad Fəttah oğlu avtomobilin altında qalaraq ölüb.

Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar