Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub
23 iyun 2011 10:39 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 22-də saat 19.40-dan 19.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 21.10-dan 21.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındı yerləşən mövqelərdən, saat 23.50-dən 00.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 23-də saat 05.20-dən 05.30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar