İsmayıllıda təbii fəlakət zonasında 9 nəfər xilas edilib
23 iyun 2011 12:50 (UTC +04:00)

İsmayıllıda təbii fəlakət zonasında 9 nəfər xilas edilib

0
Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 23-ə keçən gecə İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisindən keçən çayda suyun artması nəticəsində çayı keçmək istəyən avtomobildə və yaxınlıqda yerləşən vətəndaşa məxsus fermanın ərazisində insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZ" markalı avtomobilin banında 4 nəfər, fermanın ərazisində isə 5 nəfər çıxılmaz vəziyyətdə qalıb.


Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə həmin şəxsləri xilas edib. Əməliyyat saat 01:20-də başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar