Bakıda 2 kilometrlik nəhəng tıxac
Bu gün səhər saatlarından etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından paytaxtın Əzizbəyov metrosu istiqamətinə aparan 4 xətli yol bağlanıb. Lent.az-ın məlumatına görə, iyunun 26-də keçiriləcək hərbi paradla əlaqədar bağlanan yol şəhərin bu istiqamətdən girişində nəhəng tıxac yaranmasına səbəb olub. Belə ki, hazırda həmin istiqamətdə tıxacın uzunluğu təxminən 2-3 kilometrə çatır.
Bu istiqamətdən şəhərə daxil olan yollar bağlanıb. Hazırda Heydər Əliyev prospektinə də girişlər bağlanıb. Yol polisindən Lent.az-a bildiriblər ki, prospektə tək-tək maşınlar buraxılsa da, Nərimanov metrosu tərəfdə artıq şəhərə giriş bütövlükdə bağlanıb.
Qeyd edək ki, bu istiqamətlərdə şəhərdən çıxış üçün yollar açıqdır. Bağlanan yollar ancaq şəhərin mərkəzinə daxil olma istiqamətindədir.
Anar GƏRAYLI

Oxşar yazılar

Mingəçevirdə 55 yaşlı kişini BIÇAQLADILAR
17 avqust 2025 , 11:31
Şəkidə yol qəzası baş verdi, ölən var-YENİLƏNİB
17 avqust 2025 , 09:31
Atasının traktorundan yıxılıb təkərin altında can verdi
16 avqust 2025 , 18:29
Müğənni Rəqsanə HƏBS OLUNDU - Yarım milyonluq DƏLƏDUZLUQ
16 avqust 2025 , 18:10
Şəkidə maşın ağaca çırpıldı, ana və 2 uşağı yaralandı
16 avqust 2025 , 16:58
Balakəndə DƏHŞƏT: camış sahibini vurub öldürdü
16 avqust 2025 , 16:43
Bakıda nömrəsiz və "miqalka"lı "Opel" sürücüsü həbs olundu - VİDEO
16 avqust 2025 , 16:34