“VAZ 2107” maneəyə çırpıldı: 1 ölü, 2 yaralı
28 iyun 2011 11:00 (UTC +04:00)

“VAZ 2107” maneəyə çırpıldı: 1 ölü, 2 yaralı

0
Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 08:30 radələrində, Aeroport şossesi Sabunçu körpüsünün yaxınlığında Sumqayıt şəhər sakini Fuad Fətullayev idarə etdiyi “VAZ 2107” markalı avtomobili yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə sürücünün özü və sərnişinləri Xəyyam Bəxtiyarov, Elxan Qasımov yaralanıb, Onlar 3 saylı xəstəxanaya yerləşdirilib. Digər sərnişin 1989-cu il təvəllüdlü Zamiq Məcidov isə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 666

Oxşar yazılar