Samuxda qız anasını qətlə yetirib
01 iyul 2011 12:26 (UTC +04:00)

Samuxda qız anasını qətlə yetirib

0
Samux rayon Prokurorluğundan APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə dünən saat 18:30 radələrində qeydə alınıb. Rayonun İnstitut qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü İlahə İlham qızı Bayramova anası 1965-ci il təvəllüdlü Sevda Məmməd qızı Məmmədovanı bıçaqla vuraraq öldürüb.

Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilir. Məlumatlara görə, anasını öldürən qız ruhi xəstədir.

Faktla əlaqədar Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar