Yexlax-Zaqatala-Gürcüstan yolunda dəhşətli qəza
02 iyul 2011 11:16 (UTC +04:00)

Yexlax-Zaqatala-Gürcüstan yolunda dəhşətli qəza

0
Azərbaycanda dəhşətli qəza baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin regional bölməsindən APA-nın yerli bürosuna verilən məlumata görə, qəza ötən gün saat 23.30 radələrində Yexlax-Zaqatala-Gürcüstan magistiral yolunun 86-cı kilometrliyində qeydə alınıb.

Zaqatala rayon sakini, 1972-ci il təvəllüdlü Nəsirov Aqil Ağabala oğlunun idarə etdiyi “Toyota” markalı, 10 OE 088 dövlət nömrə nişanlı avtomobillə Şəki rayon sakini, 1978-ci il təvəllüdlü Əliyev Faiq İzzət oğlunun idarə etdiyi VAZ-2109 markalı, 58 BA 029 dövlət nömrə nişanlı avtomobil toqquşub. Baş vermiş ağır yol qəzası nəticəsində “Toyota”nın sürücüsü Aqil Nəsirov, onun avtomobilində olan sərnişinlər - Zaqatala rayon sakinləri, 1955-ci il təvəllüdlü Nurəliyev Mustafa Hacı oğlu, 1981-ci il təvəllüdlü Mürvətov Mürvət Ənvər oğlu və 1955-ci il təvəllüdlü Balayev İsmayıl Əli oğlu hadisə yerində keçiniblər.

VAZ-2109 markalı avtomobilin sürücü isə aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin regional bölməsindən bildirilib ki, “Toyota” markalı avtomobilin sürücüsü Aqil Nəsirov “Dəmirbank”ıb Zaqatala filialının rəhbəri vəzifəsində çalışıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1686

Oxşar yazılar