Quba sakini 76 yaşlı anasını qətlə yetirdi
04 iyul 2011 10:19 (UTC +04:00)

Quba sakini 76 yaşlı anasını qətlə yetirdi

0
Quba rayonunda qətl hadisəsi baş verib. Rayonun Vladimirovka kənd sakini 1968-ci il təvəllüdlü Nurulla Nurullayev anası, 1936-cı il təvəllüdlü Zabitə Nurullayevanı qətlə yetirib.

Quba rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 43 yaşlı N.Nurullayev anasına çoxsaylı bıçaq zərbəsi endirib. Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 76 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Qətlə törədən şəxs şübhəli şəxs qismində həbs olunub.
Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.


Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar