Bakıda “Mercedes” yük maşınına çırpıldı: 3 yaralı
28 iyul 2011 11:56 (UTC +04:00)

Bakıda “Mercedes” yük maşınına çırpıldı: 3 yaralı

0
İyulun 27-də saat 17:30 radələrində Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri-Sulutəpə yolunda “Mercedes” markalı avtomobil “Ford” markalı yük maşınına çırpılıb. Nəticədə hər iki maşının sürücüləri və “Mercedes”dəki sərnişin müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Qəza nəticəsində yük avtomobilinin aşması və yolun ortası qalması səbəbindən Sulutəpə yolu 2 saata yaxın bağlı olub və tıxac yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 609

Oxşar yazılar