İctimai Palata üzvlərinin məhkəmə baxışının vaxtı bilindi
29 iyul 2011 14:32 (UTC +04:00)

İctimai Palata üzvlərinin məhkəmə baxışının vaxtı bilindi

0
Vəkil Elçin Namazovun Lent.az-a verdiyi məlumata görə, bugünkü prosesdə dünən məhkəmədə qaldırdıqları vəsatətlərlə bağlı qərar açıqlanıb. O deyib ki, dünənki prosesdə qaldırdıqları müdafiə etdikləri şəxslərin haqlarında qaldırılmış cinayət işinə xitam verilməsi, əks təqdirdə seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər təmin edilməyib.


Hakim işin məhkəmə baxışına verilməsi ilə bağlı qərar çıxarıb. Məhkəmə baxışı avqustun 9-na təyin edilib.


Qeyd edək ki, 2 aprel mitinqinə görə həbs olunan şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 655

Oxşar yazılar