FHN Hacıqabuldakı partlayışla bağlı məlumat yaydı: 2 ölü, 15 yaralı
Fövqəladə Hallar Nazirliyi bu gün Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə məlumat daxil olub. Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanacaqdoldurma məntəqəsi və ərazidə olan yanacaqla dolu çənlər, həmçinin, yaxınlıqda dayanmış 1 yanacaq daşıyan yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən saat 15:57-də söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb, 7 avtomobil yanıb.
Hazırda ərazidə müvafiq işlər görülür. Araşdırma aparılır.

Oxşar yazılar

SƏS YAZISI YAYILDI, direktor işdən çıxarıldı
4 avqust 2025 , 21:57
Bakıda itkin düşən 20 yaşlı qadın tapıldı-YENİLƏNİB
4 avqust 2025 , 21:34
Bakıda köşklərdən oğurluq edənlər saxlanıldı
4 avqust 2025 , 20:45
Şamaxıda FACİƏ: ailəsi gənc oğlanın meyitini tapdı
4 avqust 2025 , 19:46
Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində həbs qərarı verildi
4 avqust 2025 , 19:36
Bakıda 53 yaşlı qadın evində ölü tapıldı
4 avqust 2025 , 18:56
Qəbələdə əcnəbi turistlər qəzaya düşdü, yaralılar var
4 avqust 2025 , 18:48