“VAZ 2106” beton dirəyə çırpıldı: 1 ölü, 2 yaralı
0
0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, avqustun 10-da saat 03.00 radələrində İmişli şəhərinin M.Əzizbəyov küçəsində 10 LX 933 nömrə nişanlı “VAZ 2106” beton dirəyə çırpılıb. Məlumata görə gecəyarısı boş yolda yüksək sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxıb. Nəticədə qəzaya uğrayan avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Zeynalov Adəm İltifat oğlu hadisə yerində ölüb. Maşında olan iki sərnişin isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır.
Nizam RZA
Faktla əlaqədar araşdırmalar aparılır.
Nizam RZA
0
0