Bakıda makler öldürüldü
10 avqust 2011 11:39 (UTC +04:00)

Bakıda makler öldürüldü

0
Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, F.Xoyski küçəsində yerləşən ev alqı-satqısı ofisində 1945-ci il təvəllüdlü Cəlilov Qəhrəman İbrahim oğlu öldürülüb. Şəxsiyyəti hələlik məlum olmayan şəxs 66 yaşlı kişini bıçaqlayaraq qaçıb. Q.Cəlilov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb


Faktla əlaqədar araşdırmalar başlanılıb. Hadisəni törədən şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, öldürülən şəxs makler kimi fəaliyyət göstərirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 621

Oxşar yazılar