Vidadi İsgəndərlinin məhkəməsində dövlət ittihamçısının vəsatəti təmin edildi
10 avqust 2011 19:16 (UTC +04:00)

Vidadi İsgəndərlinin məhkəməsində dövlət ittihamçısının vəsatəti təmin edildi

0
Vəkil Xalid Bağırov Lent.az-a bildirib ki, prosesdə dövlət ittihamçısının növbəti prosesdən etibarən müdafiə tərəfinin sübutlarının araşdırılmasına başlanılması barədə vəsatəti təmin edilib.

Növbəti proses avqustun 11-də təyin edilib.

Qeyd edək ki, Vidadi İsgəndərli Cinayət Məcəlləsinin 159.4.1 (seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə ittiham edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar