Bakıda 21 yaşlı qadın ərinin qanını tökdü
0
0
Xəzər rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə yaşayan 21 yaşlı Tanrıverdiyeva Dilbər Mehman qızı həyat yoldaşı 29 yaşlı Nuriyev Qüdrət Hakim oğlunu bıçaqlayıb. Bir bıçaq zərbəsi almış ər ağır vəziyyətdə xəstəxanaya aparılıb. Arvadı isə saxlanılaraq polis idarəsinə gətirilib.
Məlumata görə, hadisə mətbəxdə baş verib. Evin xanımı mətbəxdə yemək bişirirmiş. Bu zaman Q.Nuriyev qadınla mübahisə etməyə başlayıb və nəticədə qəzəblənən qadın əlindəki bıçaqla onu vurub.
Qeyd edək ki, cütlüyün iki övladı var. Faktla əlaqədar araşdırma aparılır.
Nizam RZA