Bərdədə iki qardaşın qanını tökdülər
0
0
Avqustun 11-də Bərdədə bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, saat 19 radələrində 1976-cı il təvəllüdlü Yevlax şəhər sakini Cabbarov Nəsimi Səməd oğlu şəxsi mübahisə zəminində Bərdə şəhər sakinləri 1978-ci il təvəllüdlü Haqverdiyev Elçin Eldar oğlu və onun qardaşı, 1976-cı ildə anadan olmuş Sahibi bıçaqlayıb. Hadisə Bərdə şəhər Dəmiryol Vağzalının yanında, Haqverdiyev qardaşlarına məxsus mağazada baş verib.
Hər iki qardaş ağır vəziyyətdə Bərdə Mərkəzi Rayon Xəxtəxanasına çatdırılıb.
E.Haqverdiyevin vəziyyətinin daha ağır olduğu bildirilir.
Faktla əlaqədar Bərdə RPŞ-də cinayət işi başlanılıb.
Nizam RZA
Hər iki qardaş ağır vəziyyətdə Bərdə Mərkəzi Rayon Xəxtəxanasına çatdırılıb.
E.Haqverdiyevin vəziyyətinin daha ağır olduğu bildirilir.
Faktla əlaqədar Bərdə RPŞ-də cinayət işi başlanılıb.
Nizam RZA
0
0