15 yaşlı qızı zorlayanların işi məhkəmədə
0
0
Xətai RPİ-dən Lent.az-a verilən məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Verilən məlumatda həmçinin bildirilir ki, Nəsimi rayon sakini, 1995-ci il təvəllüdlü S.R. fevralın 8-dən 19-dək müxtəlif vaxtlarda bir neçə şəxs tərəfindən cinsi istismara məruz qalıb. Bu barədə isə hüquq-mühafizə orqanlarına həmin qızın qardaşı xəbər verib. Həmin müddətdə qızın harada olmasını araşdıran qardaş onun bir neçə dəfə müxtəlif şəxslər tərəfindən zorla cinsi əlaqəyə məcbur edildiyini öyrənib.
Baş Prokurorluqdan isə Lent.az-a bildirilmişdi ki, S.R fevralın 8-dən 19-dək tanımadığı taksi sürücüsünün idarə etdiyi avtomaşınla Mehdiabad qəsəbəsi, Xətai rayonunun UPD qəsəbəsi və digər ünvanlarda ona məlum olmayan evlərə aparılaraq orada həmin taksi sürücüsü və digər naməlum şəxslər tərəfindən fiziki zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməsi müəyyənləşib və faktla bağlı Xətai rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb və işin icraatı daha sonra rayon Polis İdarəsinə verilib. Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1980-ci ildə anadan olmuş Teymurov Babamir Etibar oğlu və 1990-cı ildə anadan olmuş Rəsulov Sadiq Rasim oğlu tutulub.
Qeyd edək ki, məlum hadisədən sonra evinə qaytarılan qız aprel ayında yenidən yoxa çıxıb. Yenidən itkin düşmüş şəxs qismində axtarışa verilən qız bu ilin mayında paytaxt ərazisində tapılaraq yenidən ailəsinə qaytarılıb.
Nizam RZA