İstanbulda  iki azərbaycanlı “Əl Qaidə”çi tutuldu
12 avqust 2011 18:34 (UTC +04:00)

İstanbulda iki azərbaycanlı “Əl Qaidə”çi tutuldu

0
Türkiyənin İstanbul şəhərində “Əl Qaidə” terror təşkilatı ilə əlaqədə şübhəli bilinin 3 nəfər həbs olunub. Lent.az-ın “Star” qəzetinin saytına istinadən verdiyi məlumata görə, türkiyəli Mehmet Toprak, Azərbaycan vətəndaşları İslam Qəniyev və Füzuli Məhərrəmov yaxalanaraq polis bölməsinə aparılıb. Onlar Cinayət Məcəlləsinin “silahlı terror təşkilatına üzv olma” maddəsi ilə şübhəli biliniblər. Daha sonra onlar Beşiktaş Məhkəməsinə gətirilib və barələrində həbs qəti-imkan tədbiri seçilib.

Tutulanlardan İ.Qəniyevin evindən tapança və digər materiallar götürülüb. 2 arvadının və 3 uşağının olduğunu deyən İ.Qəniyev İstanbula yeni gəldiyini də bildirib. F.Məhərrəmov isə istintaqa ilkin ifadəsində Türkiyə, İran, Çin, Dubay və Gürcüstanda ticarətlə məşğul olduğunu və 2 aydır Türkiyədə yaşadığını deyib. O, bildirib ki, evindən tapılan disklər özünə məxsus deyil. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 2009-cu ilin fevral ayının 27-də Sumqayıt ŞPİ əməkdaşları Betonzavod qəsəbə sakini,r adikal dini təmayüllü, əvvəllər məhkum olunmuş İslam Qəniyevin evindən yayılması qanunla qadağan olunmuş 30 adda müxtəlif dini təriqətlərə aid kitab, 2 ədəd buklet və 48 ədəd CD disklər aşkarlayaraq götürmüşdülər.

İ.Qəniyev polisin qanuni tələblərinə tabe olmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə protokol tərtib olunub və şəhər məhkəməsi tərəfindən 5 gün müddətinə inzibati qaydada həbs edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 769

Oxşar yazılar