Atəşkəs bir neçə istiqamətdə pozulub
13 avqust 2011 09:50 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-də saat 18.15-dən 18.40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 16.50-dən 17.05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərimizi, avqustun 13-də saat 00.00-dan 00.05-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar