“Kamaz” qoyun sürüsünün üstündən keçdi
16 avqust 2011 13:29 (UTC +04:00)

“Kamaz” qoyun sürüsünün üstündən keçdi

0
Avqustun 16-da Bakı-Rusiya Federasiyası avtomobil yolunun Şabran rayonunun Aygünlü kəndi ərazisindən keçən hissəsində “Kamaz” markalı yük avtomaşını 23 baş qoyunu vurub. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 90 HN 022 dövlət nömrə nişanlı “Kamaz” markalı avtomaşın qoyun sürüsünü vurması nəticəsində 6 nəfərə məxsus 23 baş qoyun tələf olub. Hadisənin şahidi Bəxtiyar Bağırovun sözlərinə görə, “Kamaz” yüksək sürətlə hərəkət edib.

Faktla bağlı araşdırma aparılır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 658

Oxşar yazılar