“Nissan” ağaca çırpıldı, 21 yaşlı oğlan öldü
0
0
Avqustun 16-da Şamaxı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mirikənd kəndində (rayon mərkəzindən 13 km aralı) "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılıb.
Nəticədə, sürücü yaralanıb, sərnişini, 1990-cı il təvəllüdlü Babayev Seyman İlqar oğlu isə həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə S.Babayevin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 04:45-də başa çatıb.