Bakıda 2 usta çoxmərtəbəli binadan yıxıldı: 1 ölü, 1 yaralı
16 avqust 2011 14:57 (UTC +04:00)

Bakıda 2 usta çoxmərtəbəli binadan yıxıldı: 1 ölü, 1 yaralı

0
Bu gün Bakıda bədbəxt hadisə baş verib. Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsi 12 ünvanında yerləşən çoxmərtəbəli binanın 7-ci mərtəbəsində antena təmir edən usta Həsənov Nemət Şamil oğlu yıxılıb. O, hadisə yerindəcə keçinib.


Digər hadisə isə Yasamal rayonu ərazisində qeydə alınıb. Qanlıgöl yaşayış massivində yeni tikilən yataqxana kompleksində usta işləyən Türkiyə vətəndaşı Sinan Aktür Osmanoğlu 4-cü mərtəbədən yıxılıb. Ağır xəsarət almış usta xəstəxanaya aparılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar