2 aprel məhbuslarının vəsatətləri təmin edilmədi
0
0
Bu gün Nəsimi rayon məhkəməsində İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan 4 nəfərin - Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəylinin növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, prosesdə müdafiə tərəfi işin hakimi Şahin Abdullayevin tərəfsizliyinə inanmadıqları üçün məhkəmə tərkibinə etirazla bağlı vəsatət qaldırıblar.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra müdafiə tərəfi Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin həbs müddətinin bitməsi ilə bağlı vəsatət qaldırıb və adı çəkilən şəxslərin məhkəmə zalından azadlığa buraxılmalı olduğunu qeyd edib. Hakim bu vəsatəti də təmin etməyib.
Ardınca məhkəmədə zərərçəkən q ismində ifadə verən Nəsimi rayon polis idarəsi post-patrul xidmətinin serjantları Nicat Seyidov və İlham Zamanovun ifadələri dinlənilib.
Onlar 2 aprel aksiyasında Əhəd Məmmədli və Ülvi Quliyevin saxlanılan zaman polisə müqavimət göstərdiklərini iddia ediblər. POlislər həmçinin adı çəkilən şəxslərin onların patrul maşınını əzdiklərini də bildiriblər.
Məhkəmə prosesi avqustun 18-ə təyin edilib.
Anar