Atəşkəs bir neçə istiqamətdə pozulub
17 avqust 2011 10:07 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

0
Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 16-da saat 09.00-dən 09.10-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 16.15-dən 16.25-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.50-dən 19.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 17-də saat 02.00-dan 02.10-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar