Naxçıvanda ağır qəza: sürücü öldü, arvadı və iki oğlu ağır yaralandı
17 avqust 2011 12:40 (UTC +04:00)

Naxçıvanda ağır qəza: sürücü öldü, arvadı və iki oğlu ağır yaralandı

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Culfa-Naxçıvan yolunun 25-ci kilometrliyində Culfa şəhər sakini 1983-cü il təvəllüdlü Fəxri İsmayılov idarə etdiyi “Mercedes”i aşırıb. Nəticədə sürücü ölüb. Onun ailə üzvləri, arvadı Tükəzban, oğlanları 8 yaşlı Məhəmməd və 5 yaşlı İbrahim ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar