Rusiyada daha bir azərbaycanlı iş adamı qətlə yetirilib
17 avqust 2011 15:17 (UTC +04:00)

Rusiyada daha bir azərbaycanlı iş adamı qətlə yetirilib

0
Dünən gecə Vladivostokda azərbaycanlı iş adamı qətlə yetirilib. APA-nın məlumatına görə, hadisə “Orpok” meyvə-tərəvəz kompleksinin yaxınlığındakı kafedə baş verib. Maskalı naməlum şəxs kafenin pəncərəsindən soydaşımıza bir neçə atəş açaraq hadisə yerindən qaçıb. Baş və döş nahiyəsindən bir neçə güllə yarası alan azərbaycanlı iş adamı “Tısyaçekoeçnı” xəstəxanasına aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Soydaşımız xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qətl) ilə cinayət işi başlanıb. Cinayətkarın axtarışı davam edir.


APA-nın əldə etdiyi məlumata görə, öldürülən iş adamı əslən Tovuz rayonunun Aşağı Quşçu kəndindən olan Telman Məmmədovdur. Ailəsi ilə Vladivostokda yaşayan Telman Məmmədov ticarətlə məşğul olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar