Evlərinə qayıdan məhkum qonşusunun qanını tökdü - TƏFƏRRÜAT
17 avqust 2011 15:29 (UTC +04:00)

Evlərinə qayıdan məhkum qonşusunun qanını tökdü - TƏFƏRRÜAT

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1984-cü il təvəllüdlü Bayramov Yaşar Qayıb oğlu dostu və qonşusu olan 1972-ci ildə anadan olmuş Əsgərov Oqtay Ağahüseyn oğlunu bıçaqlayıb. Məlumatda bildirilir ki, 27 yaşlı Y.Bayramov bir müddət əvvəl həbs edilib və ona məhkəmə hökmü ilə barəsində azadlığın məhdudlaşdırılması cəzası kəsilib. Salyan rayonu ərazisindəki 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilən Y.Bayramov avqustun 16-da icazə ilə doğma kəndinə gəlib. Burada köhnə tanışı olan O.Əsgərovu tapan Y.Bayramov onunla axşam saatlarında yeyib-içmək qərarına gəliblər. Dostlar sövdələşdikləri kimi masa arxasında görüşüblər və oturub xeyli yeyib-içiblər.


Y.Bayramov Oqtaya köhnə pul söhbətini xatırladıb. O.Əsgərov isə Yaşara borcunun olmadığını deyib. Onlar mübahisə ediblər və Y.Bayramovun tələblərinin qarşısında duruş gətirməyən O.Əsgərov bıçağa əl atıb. O kəsici alətlə Y.Bayramova bir neçə zərbə vurmağa çalışıb. Lakin 27 yaşlı gənc zərbələrdən yayınıb və yalnız qolundan xəsarət alıb. Y.Bayramov dərhal bıçağı Oqtayın əlindən alıb və onun qarnına zərbə endirib. İkinci ağır vəziyyətdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun üzərində cərrahi əməliyyat keçiriblər.

Y.Bayramov isə yaxalanıb. əvvəllər məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən gənci bu dəfə daha ağır şəraitli həbsxana gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 549

Oxşar yazılar